Modern.az

Həmyerlimiz Rusiyada rəis təyin edildi

Həmyerlimiz Rusiyada rəis təyin edildi

Aktual

25 Avqust 2016, 23:13

Rusiya Federasiyasının İstintaq komitəsinin əmri ilə polkovnik-leytenant Dinar Süleymanov Tümen vilayətinin Lenin dairəsinin istintaq bölməsinin rəisi vəzifəsinə təyin edilib. Modern.az saytı xəbər verir ki, virtualaz.org-un məlumatına görə,1978-ci il təvəllüdlü D.Süleymanov ali təhsilli hüquqşünasdır. O, 2011-ci ildən istintaq şöbəsində işləyib.

 

2000-ci ildə Ural Dövlət Hüquq Akademiyasını bitirdikdən sonra Çelyabinsk vilayətinin Troitsk şəhər prokurorluğunda, Tümen vilayətinin Armizon rayonunda istintaq komitəsində müstəntiq vəzifəsində çalışıb. 2007-ci ildə Tümen vilayətinin İşım rayonunun istintaq şöbəsinin rəhbərinin müavini vəzifəsini icra edib. 2014-cü ildən isə Qolışmanov rayon istintaq bölməsinin rəhbəri vəzifəsində işləyib.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı