Modern.az

Məşhur fransalı futbolçu Belçika millisində çalışacaq

Məşhur fransalı futbolçu Belçika millisində çalışacaq

Aktual

26 Avqust 2016, 20:28

Fransalı keçmiş futbolçu, dünya və Avropa çempionu Terri Anri Belçika millisinin baş məşqçisi Roberto Martinesin köməkçisi olacaq. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Anri buna qədər London “Arsenal”ının gənclər klubunun (yaşı 18-dən yuxarı olmayanlar) məşqçisi vəzifəsini tutub.

Ancaq “Arsenal”ın əsas komandasının baş məşqçisi Arsen Venqer fransalı qarşısında şərt irəli sürüb: o, vəzifəsində qalmaq istəyirsə, Sky Sports televiziya kanalındakı ekspert işindən ayrılmalıdır. Anri buna razılaşmayarq klubu tərk edib.

Martines Belçika millisinə 2012-2016-cı illərdə baş məşqçilik edən Mark Vilmotsun ayrılmasından sonra təyin olunub. İyul ayında Fransada keçirilən Avropa çempionatından sonra Vilmots istefaya göndərilib. Belçika həmin çempionatda döddəbir finala qədər irəliləyə bilmişdilər.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı