Modern.az

Daşkəsəndə güclü qasırğa: rayon işıqsız qaldı

Daşkəsəndə güclü qasırğa: rayon işıqsız qaldı

Aktual

26 Avqust 2016, 21:21

Daşkəsəndə baş verən güclü qasırğa səbəbindən şəhər işıqsız qalıb. Modern.az saytı “Report”a istinadən xəbər verir ki, güclü yağışla müşahidə olunan qasırğa zamanı elektrik naqilləri qırılıb, bəzi binaların dam örtükləri dağılıb.

Saat 20 radələrindən başlayaraq güclü leysan yağışla müşahidə olunan qasırğa səbəbindən elektrik naqilləri sıradan çıxıb, bəzi yaşayış evlərinin, binaların dam örtüyü uçub. Şəhərə elektrik enerjisinin verilişi dayandırılıb.

Qasırğa avtomobillərin hərəkətini də məhdudlaşdırıb.

Hazırda yağışlı və küləkli hava şəraiti davam edir.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı