Rusiyanın Murmansk vilayətində federal axtarışda olan 1985-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Fəttayev Seymur Mirno oğlu saxlanılıb. Modern.az saytı “Report”a istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin regional bürosunun mətbuat xidməti məlumat yayıb.
Seymur Fəttayev federal axtarışa 2013-cü ildə verilib. O, Cinayət Məcəlləsinin 228-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinir.
İstintaqın fərziyyəsinə görə, Azərbaycan vətəndaşı mütəşəkkil cinayətkar qrupun tərkibində xüsusi iri həcmdə narkotik maddənin - 3,475 kq. heroinin satışında iştirak edib.
Murmansk şəhəri Oktyabrsk rayon məhkəməsinin qərarı ilə Seymur Fəttayev barəsində həbs qətimkan tədbiri seçilib. Yaxın vaxtlarda onun cinayət işi çərçivəsində əməliyyat-istintaq tədbirlərinin davam etdirilməsi üçün Çita şəhərinə göndəriləcəyi gözlənilir.
Modern.az