Rusiya prezidenti Vladimir Putin Ermənistanla Qafqaz regionunda hava hücumundan birgə müdafiə üçün birləşmiş regional sistemin yaradılması barədə qanun layihəsini Dumaya təqdim edib.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə məlumat Dövlət Dumasının qanun reestrində yerləşdirilib.
Xatırladaq ki, Ermənistanla Rusiya arasında hava hücumundan birgə müdafiə sisteminin yaradılması müqaviləsi 2015-ci il dekabrın 23-də imzalanıb.
Vüqar İSMAYILOV