Yaponiyanın Küsü adasında Aso vulkanı püskürməyə başlayıb. Moden.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, Kumamoto prefekturasında yerləşən Aso dünyanın ən böyük vulkanlarından biridir.
Qeyd olunur ki, apreldə baş verən sonuncu püskürmə nisbətən zəif olub. 2014-cü ildə Asonun püskürməsi nəticəsində onlarla aviareys ləğv edilmişdi.
Modern.az