Modern.az

Addım-addım “ƏN Yeni İl”ə

Addım-addım “ƏN Yeni İl”ə

Aktual

28 Noyabr 2016, 13:11

Öncədən xəbər verildiyi kimi, Bakı Olimpiya Stadionu 31 dekabr gecəsi Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş bayram konsertinə hazırlaşır. Yerli və xarici ulduzların da səhnə alacağı konsertin təşkilatı hazırlığı tam sürətlə davam edir.

Bakı Olimpiya Stadionundan Modern.az-a verilən məlumata görə, “AAAF Park” Yaşayış kompleksindən mənzil, “SEAT Baku” Mərkəzindən 2 avtomobil və “HELL Azərbaycan” şirkəti tərəfindən təqdim edilən iki nəfərlik Macarıstan səyahəti də uduş fondu olaraq lotoreya vasitəsi ilə öz sahiblərini tapacaq.

“Nəzərinizə çatdırmaq istəyirik ki, artıq 1500 nəfər öz biletlərini və dolayısı ilə bu dəyərli hədiyyələri qazanmaq şansı əldə ediblər. Lotoreyada konsert biletlərinin nömrələrinə əsasən oynanılacaq. Biletləri iticket.az saytı vasitəsilə, şəhərin kassalarında və ASAN Xidmət mərkəzlərində əldə etmək olar”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə! İranda yenə ara qarışdı - Silahlılar hərəkətə keçdi