Modern.az

“Həmsədrlərin dəyişdirilməsi danışıqlar prosesinə təsir etməyəcək”

“Həmsədrlərin dəyişdirilməsi danışıqlar prosesinə təsir etməyəcək”

Aktual

29 Noyabr 2016, 14:54

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin dəyişdirilməsi danışıqlar prosesinə təsir etməyəcək".

Modern.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov keçirdiyi brifinqdə deyib.

“Parisə səfər zamanı Fransadan olan yeni həmsədrlə görüşmək imkanım oldu. Bu adam təcrübəlidir və münaqişə barədə dərin bilikləri var. Ceyms Uorlik Hamburqda bizimlə son görüşünü keçirəcək. Bundan sonra, o, özəl sektora gedəcək. ABŞ-da yeni administrasiyanın formalaşmasından sonra yeni həmsədrin kim olacağını biləcəyik", Məmmədyarov bildirib


Nazir həmçinin avropalı bir qrup alimin Azərbaycanın işğal olunmuş ərazisində yerləşən Azıx mağarasına baş çəkməsinə münasibət bildirib. Onun sözlərinə görə, Azərbaycan bu məsələni araşdırır və buna lazımı hüquqi qiymət verməlidir.

 

Mirmahmud KAZIMOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır