Modern.az

Bakıda kişi arvadının ondan ayrılmasına dözməyib özünü BIÇAQLADI

Bakıda kişi arvadının ondan ayrılmasına dözməyib özünü BIÇAQLADI

Aktual

3 Dekabr 2016, 11:36

Bakıda 40 yaşlı kişi arvadının ondan boşanmasına etiraz əlaməti olaraq özünü bıçaqlayıb.

 

"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, 1976-ci il təvəllüdlü Budaqov Rafiq Müzəffər oğlu yaşadığı evdə özünə iki bıçaq zərbəsi vurub.

 

O hadisə zamanı sərxoş vəziyyətdə olub. R.Budaqov 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti orta-ağırdır.

 

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. R.Budaqovun ilkin dindirilməsi zamanı o, həyat yoldaşının ondan rəsmi şəkildə ayrıldığını deyib. Buna dözməyərək R.Budaqov özünü öldürməyə cəhd edib.

 

Modern.az

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı