Modern.az

Gələn il yaşayış minimumu artırılacaq

Gələn il yaşayış minimumu artırılacaq

Güncel

8 Dekabr 2016, 13:46

Gələn il üçün yaşayış minimumu 14% və ya 19% manat artırılır. Modern.az-ın xəbərinə görə, bunu Mili Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə parlamentin iclasında deyib.  

 

"2017-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsində Azərbaycanda gələn ildən yaşayış minimumunun 155 manat olması təklif edilir.

Layihədə yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 12,7% və yaxud 18,5 manat artırılaraq 164,5 manata, pensiyaçılar üçün 13,2% və yaxud 15,2 manat artırılaraq 130,2 manata, uşaqlar üçün isə 16,8% və yaxud 19,6 manat artırılaraq 136,6 manata çatdırılması nəzərdə tutulur.

 

Qeyd edək ki, bu il üçün yaşayış minimumu 136 manat təşkil edir.

 

Ağa AKİFOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı