Modern.az

Bakıda daha bir piyada keçidi tikilir

Bakıda daha bir piyada keçidi tikilir

Aktual

9 Dekabr 2016, 22:24

Bakıda daha bir yeraltı piyada keçidinin tikintisinə başlanılır. Modern.az saytı xəbər verir ki, Trend-in məlumatına görə, piyada keçidi Yasamal rayonunun Hüseyn Cavid prospektində, Hüseyn Cavid parkı ilə Akademiya bağı arasındakı piyada zolağının yaxınlığında inşa ediləcək.

 

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Trend-ə bildirib ki, yeraltı piyada keçidinin tikintisinə yaxın vaxtlarda başlanacaq. İki çıxışı olacaq keçiddə eskalatorun quraşdırılması nəzərdə tutulmur.

 

Modern.az

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!