Modern.az

Tam “üzən məzənnə”yə keçidlə bağlı iş aparılır – RƏSMİ

Tam “üzən məzənnə”yə keçidlə bağlı iş aparılır – RƏSMİ

Aktual

12 Dekabr 2016, 10:39

“Hazırda tam “üzən məzənnə”yə keçidlə bağlı işlər aparılır. Tezliklə öz proqramımızı ictimaiyyətə elan edəcəyik".

Modern.az-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.

E.Rüstəmov bildirib ki, məmurların pulları yığıb saxlaması ilə bağlı yayılan fikirlər doğru deyil:

“Tam "üzən məzənnə"yə keçid çox sıx makroiqtisadi və struktur problemlərinin həll edilməsini tələb edir. Biz artıq bu ilin əvvəlindən "üzən məzənnə"yə keçmişik.

Fevraldan Mərkəzi Bank öz pulunu hərraca çıxarmır. Amma bazarda tələblə təklif arasında böyük disproporsiya var”.

 

Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı