Modern.az

Qarğa pasport oğurladı

Qarğa pasport oğurladı

Aktual

30 Dekabr 2016, 21:51

Qarğa Estoniya vətəndaşının pasportunu Leninqrad vilayətindəki İvanqorod  avtomobil nəzarət-keçid məntəqəsində oğurlayıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsi proseduru zamanı yaxınlıqdan uçan qarğa gözlənilmədən sənədi götürərək havaya qalxıb.

Bu qeyri-adi insidentin şahidi gömrük postundakı vəzifəli şəxslər olublar. Onlar vətəndaşa yardım etməyə cəhd ediblər, xidməti itlərlə kinoloqlar cəlb olunub. Ancaq qarğanı tutmaqla bağlı bütün cəhdlər uğurlu alınmayıb.

 

Polis çağırılıb və pasportun itməsi ilə bağlı arayış hazırlanıb. İvanqorod polisi vətəndaşa Estoniyanın Sankt-Peterburqdakı konsulluğunun ünvanını veriblər. Ona yeni arayış veriləndən sonra evinə qayıdıb.

Pasport iki gün sonra tapılıb. Qarğa onu yaxınlıqdakı piyada keçid məntəqəsinin ərazisinə tullayıb.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK HÜCUMLAR: İran bombalanır, Bakı hədələndi - YOX EDƏRİK! - Xəbəriniz Var? - Media Turk TV