Modern.az

Bahçeli cəbhədəki gərginliyə görə Ermənistanı günahlandırdı

Bahçeli cəbhədəki gərginliyə görə Ermənistanı günahlandırdı

Aktual

28 Fevral 2017, 13:36

Ermənistan və Azərbaycan qoşunlarının qarşıdurma xəttində gərginliyin artması ilə bağlı bütün məsuliyyət Ermənistanın üzərinə düşür.

Trend-in məlumatına görə, bunu Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı Türkiyənin müxalif Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bahçeli deyib.

O bildirib ki, artıq Dağlıq Qarabağ probleminin ədalətli həllinin vaxtı çatıb:

“Ermənistan atəşkəs rejimini pozmağı dayandırmalı və qoşunlarını işğal olunmuş Azərbaycan torpaqlarından çıxarmalıdır”.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...