Modern.az

Moskvada 18 nəfəri öldürən erməni Yerevana verilir - QALMAQAL

Moskvada 18 nəfəri öldürən erməni Yerevana verilir - QALMAQAL

Aktual

25 Aprel 2017, 13:18

Rusiyada çəkən Ermənistan vətəndaşı Qraçya Arutunyan vətəninə ekstradisiya olunacaq.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkənin ədliyyə nazirinin müavini Viqen Koçaryan məlumat verib.

Onun sözlərinə görə, ekstradisiya məsələsinə mane olan maliyyə problem artıq həll olunub.

 

Qraçya Arutunyan 2013-cü ildə Podolsk şəhərində idarə etdiyi yük maşını ilə sərnişin avtobusuna çırpılmışdı. Hadisə zamanı 18 nəfər həlak olmuşdu. Arutunyan bu qəzaya görə 9 il müddətinə azadlıqdan məhrum edilmişdi. Cəzanın yüngüllüyü  Rusiya cəmiyyətində etirazla qarşılanmışdı. Arutunyanın məhkəmə zalına qadın xalatında gətirilməsi isə erməniləri narazı salmışdı.

 

Vüqar İSMAYILOV

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!