Modern.az

Kürdə batan şəxsin meyiti tapılıb - Yenilənib

Kürdə batan şəxsin meyiti tapılıb - Yenilənib

Aktual

3 Avqust 2017, 20:02

Fövqəladə Hallar Nazirliyinin xilasediciləri Kür çayında batmış şəxsin meyitini tapıblar. Modern.az  Kür çayında batan şəxs Şirvan şəhər sakini, 2000-ci il təvəllüdlü Ağamurad Hidayət oğlu Bayramlı olub.

Məlumata görə, A. Bayramlının meyiti batdığı yerdə aşkar edilib.

 

18:01

 

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şirvan şəhərinin ərazisində Kür çayında 1 nəfərin batması barədə məlumat daxil olub.

Nazirlikdən Modern.az-a verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlanılıb.

Nazirlik bildirir ki, əlavə məlumat veriləcək.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya DƏHŞƏTLİ HÜCUM! Şəhərlər od içində, zavodlar yanır!