Modern.az

Rusiya ABŞ münasibətlərinin nizamlanması perspektivləri

Rusiya ABŞ münasibətlərinin nizamlanması perspektivləri

Aktual

3 Avqust 2017, 21:57

Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Reks Tillerson arasında telefon danışığı olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, telefon danışığı zamanı iki ölkə arasındakı münasibətlərdə son vəziyyət müzakirə edilib.

Məlumata görə, tərəflər 6-8 avqust tarixlərində Manilada keçiriləcək ASEAN-ın təhlükəsizlik üzrə forumu çərçivəsində baş tutacaq görüş zamanı Rusiya-ABŞ münasibətlərinin nizamlanması üzrə qarşılıqlı fəaliyyətin perspektivlərini və ikitərəfli əlaqələrin hazırkı vəziyyətini hərtərəfli müzakirə edilməsinə dair razılığa gəliblər.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...