Modern.az

Goranboy sakinini ilan sancdı

Goranboy sakinini ilan sancdı

Aktual

11 Avqust 2017, 11:13

Goranboy sakinini ilan sancıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Gürzallılar kəndində baş verib.

Kənd sakini, 1967-ci il təvəllüdlü Aqil Həsən oğlu Həsənov həyətyanı sahədə işləyən zaman sağ bud nahiyəsindən ilan sancıb. Ağır vəziyyətdə Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparılan A.Həsənova tibbi yardım göstərilib və reanimasiya şöbəsinə yerləşdirilib. 

Hazırda müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada qorxulu anlar - Yüzlərlə dron hücuma keçdi