Modern.az

Gürcüstanda bir günlük matəm elan olundu

Gürcüstanda bir günlük matəm elan olundu

Aktual

25 Noyabr 2017, 20:03

Noyabrın 27-si Gürcüstanda matəm günü elan olunub. Modern.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Giorgi Kvirikaşvilinin qərarında deyilir.

 

Həmin gün Gürcüstan hökuməti xalqla birlikdə Batumidə “Leogrand” hotelində baş verən yanğın nəticəsində ölənlərin xatirəsini yad edəcək. Matəm günü bütün Gürcüstan ərazisində dövlət bayraqları endiriləcək.

 

Qeyd edək ki, bir gün əvvəl Batumidə “Leogrand” hotelində baş vermiş yanğın nəticəsində 11 nəfər ölüb, 21 nəfər xəsarət alıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı