Modern.az

Gecə klubunda xəsarət alanların sayı 40-a çatdı

Gecə klubunda xəsarət alanların sayı 40-a çatdı

Aktual

26 Noyabr 2017, 23:43

İspaniyanın gecə klubunda faciə yaşanıb. Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, ölkənin Tenerife adasında yerləşən gecə klubunun döşəməsi çöküb.

Məlumata görə, hadisə nəticəsində xəsarət alanların sayı 40 nəfərə çatıb.

 

Qeyd edək ki, insident Adexe şəhərində yerləşən “Butterfly Disco Pub” gecə klubunda qeydə alınıb. Döşəmənin çökməsi nəticəsində onlarla insan binanın zirzəmisinə düşüb. Xəsarət alanlar arasında Fransa, Belçika, Rumıniya və digər xarici vətəndaşların olduğu bildirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı