Modern.az

“Azərpoçt”un rəhbəri işdən çıxdı

“Azərpoçt”un rəhbəri işdən çıxdı

Aktual

27 Noyabr 2017, 09:37

"Azərpoçt" MMC-nin baş direktoru Ülvi Mansurov işdən çıxıb. "APA-Economics"ə MMC-dəki mənbə bildirib ki, Ü.Mansurov öz ərizəsi ilə tutduğu vəzifədən kənarlaşıb.

 

"Ülvi Mansurov oktyabr ayının 1-dən vəzifəsini öz xahişi ilə tərk edib", - deyə mənbə vurğulayıb.

 

Hazırda onun yerinə təyinat yoxdur. Baş direktor vəzifəsinin icrası müvəqqəti olaraq Sübhan Kazımova həvalə olunub.

 

"Azərpoçt" MMC-nin mətbuat katibi Günel Gözəlova isə bildirib ki, onun Ü.Mansurovun işdən çıxması barədə məlumatı yoxdur.


Maraqlıdır ki, "Azərpoçt" MMC-nin rəsmi saytında "Rəhbərlik" bölməsində Ü.Mansurov barədə məlumat yoxdur.
 

 

Xatırladaq ki, Ü.Mansurov "Azərpoçt" MMC-dən öncə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyəti sədrinin müavini olub.
 

Qeyd edək ki, Ü.Mansurov bəstəkar Eldar Mansurovun oğludur. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)