Modern.az

Türkiyənin aldığı S-400-lər öz nəzarətində olacaq

Türkiyənin aldığı S-400-lər öz nəzarətində olacaq

Aktual

28 Noyabr 2017, 11:21

Rusiyanın S-400 zenit-raket kompleksinin (ZRK) idarə edilməsi sistemi Türkiyə tərəfinin nəzarətində olacaq.

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli deyib.

 

N.Canikli qeyd edib ki, Türkiyənin Rusiyadan alacağı S-400 ZRK-nı NATO-nun hava hücumundan müdafiə sisteminə inteqrasiya etmək mümkün deyil, lakin bu, Alyansın müdafiə sisteminə ziyan verməyəcək.

 

Qeyd edək ki, Türkiyə Rusiya istehsallı S-400 zenit-raket komplekslərini 2019-cu ildə əldə edəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı