Modern.az

Pakistanda partlayış: 15 ölü

Pakistanda partlayış: 15 ölü

Aktual

13 Dekabr 2017, 21:45

Pakistanda partlayış olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə ölkənin Kəraçi şəhərində qeydə alınıb. Baş verən partlayış nəticəsində azı 15 nəfər həlak olub. Partlayış qaz kəmərində qeydə alınıb.

 

Hələlik partlayışın mənşəyi məlum deyil. Təfərrüatlar haqqında məlumat verilməyib.

 

Məlumata görə, partlayışdan dərhal sonra yanğın başlayıb. Hazırda ərazi nəzarətə götürülb, yanğının söndürülməsi üçün əraziyə yanğınsöndürənlər cəlb edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı