Modern.az

Universitetlərimizdə 18 gözdən əlil tələbə təhsil alır – Komitə sədri məsələ qaldırdı

Universitetlərimizdə 18 gözdən əlil tələbə təhsil alır – Komitə sədri məsələ qaldırdı

Aktual

14 Dekabr 2017, 15:42

“Azərbaycan universitetlərində 18 gözdən əlil tələbə təhsil alır. Onlara yardım olunmalıdır”.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hadı Rəcəbli deyib.

 

Deputat bildirib ki, həmin tələbələr təhsil haqqından azad olunmalıdır.

 

“Bir neçə gün öncə, qəbulumda iki tələbə vardı. Onlar Azərbaycan Milli Konsevatoriyasında təhsil alırlar.

 

Təhsil haqları 2 min manatdır. Hesab edirəm, belə qrup insanlara köməklik olunmalıdır. Bu istiqamətdə danışıqlar aparılır”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu