Modern.az

Göyçayda gənc oğlan özünü asaraq intihar etdi

Göyçayda gənc oğlan özünü asaraq intihar etdi

Aktual

16 Dekabr 2017, 00:11

Göyçayda intihar hadisəsi baş verib. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Şəhadət kəndində qeydə alınıb.

 

Kənd sakini, 1992-ci il təvəllüdlü İbrahimli Rəfael Əfrayıl oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

 

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı