Modern.az

Göygöldə 22 yaşlı oğlan özünü asdı

Göygöldə 22 yaşlı oğlan özünü asdı

Aktual

18 Dekabr 2017, 09:42

Göygöl rayonunda intihar hadisəsi baş verib.

 

Trend-in məlumatına görə, hadisə rayon mərkəzində Dilqəm Verdiyev küçəsində qeydə alınıb. Həmin ünvanda yaşayan, 1995-ci il təvəllüdlü Heydər Nurəddin oğlu Məmmədov yaşadığı evin həyətindəki xurma ağacından özünü iplə asıb.

 

Yaxınları hadisədən gec xəbər tutduğundan onun həyatını xilas etmək mümkün olmayıb.

 

İntiharın səbəbləri hələlik məlum deyil.

 

Faktla bağlı Göygöl rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)