Modern.az

Polis itkin düşən bacı-qardaşı 4 ay sonra tapdı  

Polis itkin düşən bacı-qardaşı 4 ay sonra tapdı   

Aktual

20 Dekabr 2017, 12:54

DİN Mətbuat Xidmətinin Şirvan şəhərindəki regional qrupundan Modern.az-a verilən məlumata görə, cari il avqustun 28-də Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbə sakinləri 24 yaşlı Ayşən Məmmədova və  6 yaşlı Davud Məmmədov evdən gedərək bir daha geri qayıtmayıblar.

Bundan narahat olan ailəsi onların tapılması üçün Şirvan ŞPŞ-nə müraciət edib.

Şirvan ŞPŞ-nin Cinayət-axtarış bölməsi tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində itkin düşən bacı və qardaş dünən Bərdə rayon ərazisindən tapılaraq ailə üzvlərinə təhvil verilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)