Modern.az

Türkiyədə İŞİD-lə əlaqəli Fransa vətəndaşları saxlanıldı

Türkiyədə İŞİD-lə əlaqəli Fransa vətəndaşları saxlanıldı

Aktual

20 Dekabr 2017, 23:12

Türkiyədə İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən fransalı cütlük saxlanılıb. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Fransa vətəndaşları Sabiha Gökçen hava limanında öz ölkələrinə uçmaq istəyən zaman saxlanılıb.

 

Türkiyə hüquq-mühafizə orqanlarındakı rəsmi mənbənin bildirdiyinə görə, onların Fransadan olan həmkarları Türkiyəyə fransalı cütlüyün İŞİD-ə qoşulmaq üçün Türkiydən Suriyaya keçməyə çalışdıqları barədə xəbərdarlıq göndərib.

 

Görülən bütün zəruri prosedurlardan sonra saxlanılan vətəndaşlar deportasiya ediləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...