Modern.az

Bu gün Azərbaycanda təbiət hadisəsi baş verəcək  

Bu gün Azərbaycanda təbiət hadisəsi baş verəcək   

Aktual

21 Dekabr 2017, 08:46

Növbəti qış fəslinin başlamasına saatlar qalırb. Milli Elmlər Akademiyasının (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov Modern.az-a bildirib ki, bu il Azərbaycana qış fəsli dekabrın 21-i Bakı vaxtı ilə saat 20:27:54-də daxil olacaq:


“Həmin vaxt ən uzun gecə müşahidə olunacaq. Bu halda gecənin uzunluğu Azərbaycan ərazisi üçün 14 saat 43 dəqiqə olacaq. Həmin an cənub yarımkürəsində isə ən uzun yay gecəsi olacaq.

2018-ci ildə isə yazın gəlişi martın 20-si saat 20:15:30-a, yay fəsli iyunun 21-i saat 14:07:18-ə, payız fəsli sentyabrın 23-də saat 05:54:06-a, qış fəsli dekabrın 22-də saat 02:22:42-yə təsadüf edəcək”.

 

X.Mikayılov deyib ki, qış fəslinin başlanması Yer kürəsinin şimal yarımkürəsi üçün dekabrın 21-i və ya 22-nə düşə bilir”.

 ““Qış Günəş duruşu” ilə yaz bərabərliyi nöqtəsinə qədər olan müddət qış fəsli hesab olunur. Bu müddət ola bilər ki, tam 3 ay olmasın, bundan artıq və ya əskik də ola bilər. Yer kürəsi Günəş ətrafında 365 sutka ərzində 5 saat, bəzi hallarda 5 saat 40 dəqiqə, 50 dəqiqə, hətta 56 dəqiqə müddətində dövr edir. Ona görə də bu vaxt stabil qalmır və dəyişir. Bir dəfə qış fəslinin daxil olması dekabrın 21-i səhər vaxtlarına, bir dəfə axşam və ya dekabrın 22-si tarixinə düşə bilər. Bir il tam 365 və ya 366 gün deyil axı. Orada  5 saat və eyni zamanda dəqiqə fərqi də yaranır. Yerin Günəş ətrafında fırlanmasında  müəyyən təhriflər var”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)