Modern.az

Salyanda yol qəzası: ana və oğlu öldü

Salyanda yol qəzası: ana və oğlu öldü

Aktual

26 Yanvar 2018, 18:10

Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 APA-nın yerli bürosunun verdiyi məlumata görə, rayonun Qaraçala kəndində VAZ 2106 markalı minik avtomobili ilə yük avtomobili toqquşub.

 

Nəticədə Əliyev Rövşən Maarif oğlu və onun anası Əliyeva Gülxara Kamil qızı ölüb. Ölənlərin Salyan rayonu Qaraçala kənd sakinləri olduğu bildirilir. 

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı