Modern.az

Ronaldoya görə hamısı 7 nömrə oldu - VİDEO

Ronaldoya görə hamısı 7 nömrə oldu - VİDEO

İdman

Bu gün, 12:50

Portuqaliya millisinin futbolçuları Millətlər Liqasının qrup mərhələsinin 5-ci turunda Danimarka ilə matça milli komandadakı karyerasını başa vuran hücumçu Kriştiano Ronaldinyoya hörmət əlaməti olaraq 7 nömrəli formalarla çıxıblar.

Modern.az xəbər verir ki, sloveniyalı Rade Obrenoviçin baş hakim olduğu oyun Portuqaliyanın Braqa şəhərindəki “Municipal de Braga” stadionunda keçirilib.

Azarkeşlər üzərində “Təşəkkürlər, kapitan!” yazılmış plakatlar açıb, stadiondakı tablolar da oxşar mesajlarla işıqlanıb.

Qeyd edək ki, Kriştiano Ronaldo 2003-cü il avqustun 20-də, 18 yaşında Portuqaliya millisində debüt edib. O, Qazaxıstanla yoldaşlıq görüşündə (1:0) ikinci hissədə meydana daxil olub.

Ronaldo millinin heyətində ümumilikdə 234 oyun keçirib, 146 qol vurub və 45 məhsuldar ötürmə verib. O, 2016-cı ildə Avropa çempionu, 2018/2019 və 2024/2025 mövsümlərində isə UEFA Millətlər Liqasının qalibi olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)