Modern.az

Gürcüstanın qəhrəman azərbaycanlısı Ənvər Hümbətov kim olub?  

Gürcüstanın qəhrəman azərbaycanlısı Ənvər Hümbətov kim olub?   

Aktual

2 Fevral 2018, 12:02

Gürcü-Abxaz müharibəsi zamanı Gürcüstanın ərazi bütövlüyü uğrunda canından keçən yüzlərlə azərbaycanlı olub. Bu şəxslərin həm Azərbaycanda, həm də Gürcüstanda geniş ictiamiyyətə yaxından tanıdılması istiqamətində addım atılır.

Modern.az xəbər verir ki, bu günlərdə AMEA Mərkəzi Elmi Kitabxanasının təlim iştirakçısı tərəfindən "Azərbaycanca Vikipediya"da bu qəhrəmanlardan biri - Ənvər Hümbətov haqqında (//az.wikipedia.org/wiki/%C6%8Fnv%C9%99r_H%C3%BCmb%C9%99tov) məqalə yaradılıb. Həmçinin məqalə araşdırmaçı Mehman İbrahimov tərəfindən tərcümə olunaraq “Gürcücə Vikipediya”ya əlavə edilib.
//ka.wikipedia.org/wiki/%E1%83%94%E1%83%9C%E1%83%95%E1%83%94%E1%83%A0_%E1%83%B0%E1%83%A3%E1%83%9B%E1%83%91%E1%83%90%E1%83%97%E1%83%9D%E1%83%95%E1%83%98

Qeyd edək ki, məqalədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Ərəstü Həbibbəylinin qələmə aldığı “Gürcüstanın ərazi bütövlüyü uğrunda mübarizədə – erməni Baqramyan batalyonu ilə Borçalı azərbaycanlıları üz-üzə” adlı analitik yazısına istinad olunub.

Xatırladaq ki, soydaşlarımızın qəhrəmanlığı ilə bağlı Tiflisdəki Texniki Universitetinin asistent-professoru David Maysuradzenin gürcü dilində “Vətən oğulları” adlı kitabı çap edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)