Modern.az

Ağdamda intihar cəhdinin qarşısı alınıb

Ağdamda intihar cəhdinin qarşısı alınıb

Aktual

5 Aprel 2018, 18:57

Ağdamda 50 yaşlı kişinin intihar cəhdinin qarşısı alınıb.

 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Quzanlı 1 qəsəbəsi ərazisində baş verib. Qəsəbə sakini İsmayılov Sahib ərazidə olan yüksək gərginlikli elektrik  xətti dirəyinə çıxaraq intihara cəhd edib. Hadisə şahidləri FHN-in  Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat verib. Hadisə yerinə gələn FHN əməkdaşları S.İsmayılovla söhbət apararaq onu intihar fikrindən daşındırıblar.

 

Faktla bağlı araşdırma aparılır.

 

Whatsapp
Bizə yazın!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?