Modern.az

Cəbrayıl köçkün şəhərciyində azyaşlını avtomobil vurub öldürdü

Cəbrayıl köçkün şəhərciyində azyaşlını avtomobil vurub öldürdü

Aktual

16 Aprel 2018, 18:56

İmişli və Biləsuvar rayonlarının sərhədində yerləşən Cəbrayıl köçkün şəhərciyində məskunlaşan azyaşlını avtomobil vuraraq öldürüb.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, “VAZ 2106” markalı  avtomobil  velosipedlə hərəkətdə olan  Cəbrayıl rayon sakini, 2005-ci il təvəllüdlü Eyvazov Xəzər Hümbət oğlunu vurub. Azyaşlı aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Cəbrayıl rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı