Modern.az

Çempionlar Liqasının finalından sonra 18 azarkeş saxlanılıb

Çempionlar Liqasının finalından sonra 18 azarkeş saxlanılıb

Aktual

27 May 2018, 11:16

UEFA Çempionlar Liqasının final oyunundan sonra azarkeşləri təxribata çəkmək istəyən 18 nəfər saxlanılıb.

Modern.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ukrayna Milli Polisinin Kiyev Baş İdarəsinin rəisi Andrey Krişenko məlumat verib.

Onun sözlərinə görə, oyunu stadiondan 50 min nəfər izləyib və onların stadiona girişi-çıxışı üçün müvafiq şərait yaradılıb.

“Stadiona axın zamanı azarkeşlər arasında iki dəfə qarşıdurma yaransa da, polisin müdaxiləsi ilə insident aradan qaldırılıb”, - deyə A.Krişenko əlavə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?