Modern.az

Mingəçevirdə usta faciəli şəkildə öldü

Mingəçevirdə usta faciəli şəkildə öldü

Aktual

28 May 2018, 16:20
Mingəçevirdə evinin damından yıxılan usta ölüb.
 
Modern.az report-a istinadən xəbər verir ki, hadisə günorta saatlarında şəhərin Allahverdiyev döngəsi 5 ünvanında baş verib.
 
Belə ki, 1963-cü il təvəllüdlü şəhər sakini Bəkirov Hidayət Məhəmməd oğlu yaşadığı evin damında təmir apararkən müvazinəti itirərək yerə yıxılıb. Ağır xəsarət alan yaralı xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
 
Dünyasını dəyişən şəxsin meyiti şəhər morquna götürülüb.
 
Faktla bağlı araşdırma aparlılır.
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı