Modern.az

Fransanın XİN başçısı Yerevanda Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə edib

Fransanın XİN başçısı Yerevanda Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə edib

Aktual

28 May 2018, 17:53

"Fransa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsində irəliləyişə imkan verəcək istənilən qərarı dəstəkləməyə hazırdır."

 

Modern.az-ın "Report"a istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan XİN-də keçirilən brifinqdə Fransanın xarici işlər naziri Jan-iv Le Drian bildirib.

 

Fransa XİN rəhbəri Ermənistana bu gün, mayın 28-də gəlib. O, həmçinin Ermənistan prezidenti Armen Sarkisyan və baş nazir Nikolo Paşinyanla görüşlər keçirəcək.

 

"Mən dünən demişəm və bu gün də deyirəm: "Fransa əmindir ki, Qarabağ münaqişəsini güc yolu ilə həll etmək mümkün deyil", - Le Drian deyib.

 

Onun sözlərinə görə, nə status-kvo, nə güc variantı münaqişənin həll yolu deyil: "Sülh yolu ilə həllin alternativi yoxdur, məsələyə praqmatik və kreativ yanaşmaq lazımdır."

 

Xatırladaq ki, mayın 27-də Le Drian Bakıda səfərdə olarkən azərbaycanlı həmkarı Elmar Məmmədyarovla Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması ilə bağlı müzakirə aparıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...