Modern.az

Mingəçevirdə evin damından yıxılan usta ölüb

Mingəçevirdə evin damından yıxılan usta ölüb

Aktual

28 May 2018, 18:14

Mingəçevir sakini bədbəxt hadisə nətiəsində dünyasını dəyişib.

 

Modern.az-ın APA-ya istinadən xəbərinə görə, şəhər sakini, evdə usta işləyən 1963-cü il təvəllüdlü Bəkirov Hidayət Məhəmməd oğlu bu gün günorta saatlarında dam örtüyünü quraşdıran zaman ehtiyatsızlıq edib və damdan yıxılaraq ölüb. Yaxınlarının dediyinə görə, onun şifer örtüyü vurarkən ayağı sürüşərək yıxılıb. Dərhal xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı araşdırma aparlılır.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?