Bu gün futbol üzrə Azərbaycan və Qırğızıstan milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək.
Modern.az xəbər verir ki, oyunu Türkiyədən olan hakimlər idarə edəcəklər. Yoldaşlıq oyununun baş hakimi Ali Palabıyık olacaq.
Azərbaycan-Qırğızıstan yoldaşlıq oyunu Bakı Olimpiya Stadionunda saat 20:00-da sbaşlayacaq. Bu, millimizin baş məşqçi Qurban Qurbanovun rəhbərliyi altında dördüncü sınağı olacaq. O, qırğızlarla görüşədək Moldova və Makedoniya ilə heç-heçə etdiyi halda, Belarusa məğlub olub.
Qeyd edək ki, millimiz Qırğızıstanla oyundan sonra iyunun 5-də Qazaxıstan, iyunun 9-da isə Latviya yığması ilə səfərdə yoldaşlıq oyunu keçirəcək.