Kolumbiyanın məşhur "La Mambanegra" ("Qara Mamba") musiqi qrupu Bakıda konsert proqramı ilə çıxış edib.
Modern.az xəbər verir ki, konsertdən əvvəl Kolumbiyanın ölkəmizdəki müvəqqəti işlər vəkili, xanım Marta Qalindo Penya çıxış edərək, məşhur qrupun konsertinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində baş tutduğunu tamaşaçılar üçün sürpriz olduğunu vurğulayıb. Xanım Marta Qalindo Penya bildirib ki, ölkələrimiz arasındakı münasibətlər getdikcə daha da sıxlaşır, qarşılıqlı səfərlər, müxtəlif mədəni tədbirlər həyata keçirilir.
2012-ci ildə yaradılan "La Mambanegra" salsa, yamayka, kolumbiya musiqi elementlərini özündə birləşdirir. "La Mambanegra" hazırda latın musiqi dünyasında öndə gedən musiqi qruplarından sayılır.
Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələrinin də qatıldığı konsertdə məşhur mahnılarını ifa edən "La Mambanegra" tamaşaçılara unudulmaz möhtəşəm gecə yaşadıb.