Aparılan təmir işləri ilə əlaqədar olaraq Əhməd Rəcəbli küçəsinin Təbriz və Fətəli xan Xoyski küçələri arasında yerləşən hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq. Məhdudlaşma mayın 29-dan mayın 30-na keçən gecə tətbiq ediləcək.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a bildirilib ki, hərəkətin məhdudlaşdırılması Təbriz küçəsindən Fətəli xan Xoyski küçəsi istiqamətində günlük tətbiq ediləcək. Əks istiqamət üzrə hərəkət məhdudlaşdırılması qeyd olunan hissədə işlər yekunlaşandan sonra baş tutacaq.
Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.