Modern.az

Ermənistanda yüksək vəzifəli məmur istefaya göndərildi

Ermənistanda yüksək vəzifəli məmur istefaya göndərildi

Aktual

29 May 2018, 18:07

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin birinci müavini Karpet Davtyan tutduğu vəzifədən azad edilib.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, o baş nazirin tələbi ilə işdən azad edilib.

 

Ermənistan prezidenti Armen Sarkisyan baş nazir Nikol Paşinyanın təklifi ilə milli təhlükəsizlik xidməti direktorunun birinci müavini Karpet Davtyanı tutduğu vəzifədən azad edib.

Buna səbəb kimi “Dövlət Təhlükəsizlik orqanları haqda” qanuna əsas gətirib.

 

Əvəz ZEYNALOV

 

Sizə yeni x var
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır