Modern.az

Roma Papası İlham Əliyevə məktub göndərdi

Roma Papası İlham Əliyevə məktub göndərdi

Aktual

29 May 2018, 20:46

Roma Papası Fransisk Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Modern.az-ın məlumatına görə, təbrik mətnində deyilir:  

"Zati-aliləri.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə, eləcə də həmvətənlərinizə səmimi təbriklərimi çatdırmaqdan şərəf hissi duyuram.

Qoy Uca Tanrı ölkənizin bütün vətəndaşlarının maraqları naminə tərəqqi və rifaha yönəlmiş fəaliyyətinizdə Sizə yardımçı olsun.

Zati-aliləri, fürsətdən istifadə edərək Roma Papası seçilməyimin beşinci ildönümü münasibətilə mənə ünvanladığınız təbriklərə görə Sizə öz minnətdarlığımı bildirirəm və Allahdan xeyir-dualar diləyirəm. Ulu Tanrının mərhəmətinin Sizin, doğmalarınızın və bütün Azərbaycan xalqının üzərindən əskik olmaması üçün dualar edirəm".

 
 
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)