Modern.az

Qurbanov millidə ilk böyükhesablı qələbəsini qazandı

Qurbanov millidə ilk böyükhesablı qələbəsini qazandı

Aktual

29 May 2018, 22:07

 

 

Bu gün Bakının “Olimpiya” stadionunda Azərbaycanın futbol üzrə milli komandası Qırğızıstan yığması ilə yoldaşlıq matçı keçirib.

 

Modern.az  xəbər verir ki,  oyun Qurban Qurbanovun yetirmələrinin 3:0-lıq  qələbəsi ilə başa çatıb

.

Maksim Medvedev 16-cı dəqiqədə hesabı açıb. Künc zərbəsindən ötürülən topu başı ilə uzaq küncə göndərərək baxımlı qola imza atıb. 

 

75-ci dəqiqədə milli komanda künc zərbəsindən növbəti dəfə qol vurub. Bu dəfə hücumçumuz Mahir Mədətov fərqlənib.

 

83-cü dəqiqədə Ürfan Abbasov cərimə meydançasında güclü zərbə ilə qapının torunu silkələyib. 

 

Qeyd edək ki, Azərbaycan millisi iyunun 5-də Astanada Qazaxıstan, dörd gün sonra isə Riqada Latviya yığması ilə yoldaşlıq oyunu keçirəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı