Azərbaycanda qeyri-formal məşğuluğa nəzarət etmək üçün vahid elektron informasiya ehtiyatı yaradılması təklif edilir.
Modern.az-ın məlumatına görə, bununla bağlı yeni hazırlanan “Məşğulluq haqqında” qanun layihəsinə yeni maddə əlavə edilir.
Əlavə edilən 31-ci (“Qeyri-formal məşğulluğa nəzarət”in vahid elektron informasiya ehtiyatı) maddəyə əsasən, qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması məqsədilə əmək ehtiyatları ilə bağlı ionfirmasiya ehtiyatlarının, eləcə də qeyri-formal məşğulluğu müəyyən etməyi imkan verən digər informasiya sistemlərinin və ehtiyatlarının əmək müqaviləsi bildirişi üzrə elektron infiormasiya sisteminə inteqrasiyası əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən “ “Qeyri-formal məşğulluğa nəzarət”in vahid elektron informasiya ehtiyatı yaradılır.
“Qeyri-formal məşğulluğa nəzarət”in vahid elektron informasiya ehtiyatının inteqrasiyası tələb olunan informasiya sistemlərinin və ehtiyatlarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
Qeyri formal məşğulluğun qarşısının alınmasına dair preventiv tədbirlər görülməsi və risk qiymətləndirilməsi sisteminin müvafiq icra hakimiyyəti orqanları tərəfindənm tətbiqi “Qeyri-formal məşğulluğa nəzarət”in vahid elektron informasiya ehtiyatı vasitəsilə həyata keçirilir.