Modern.az

Kürün suyu durulanadək bu rayonlar SUSUZ qalacaq

Kürün suyu durulanadək bu rayonlar SUSUZ qalacaq

Aktual

3 İyun 2018, 17:11

Bəzi ərazilərdə içməli suyun verilişində fasilələr yaranacaq. Bu barədə Modern.az-a “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat bildirib.

 

A.Cəbrayıllının sözlərinə görə, buna səbəb yağıntılarla əlaqədar Kür çayında bulanıqlığın artmasıdır:

“Buna görə də Kür təmizləyici qurğularında suyun emalı müvəqqəti dayandırılıb. Bununla əlaqədar Şirvan, Salyan, Biləsuvar, Hacıqabul, Sabirabad, Saatlı şəhərlərinə, Bakının Qaradağ rayonuna, eləcə də Səbail və Binəqədi rayonlarının bəzi ərazilərinə içməli suyun verilişində fasilələr olacaq”.

 

Qurum rəsmis bildirib ki, fasilə Kür çayında bulanıqlıq səviyyəsi normallaşanadək davam edəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı