Daxili İşlər Nazirliyi (DİN) iyunun 2-dən 4-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, ötən 2 gün ərzində 171 cinayət faktı qeydə alınıb, onların da 33-ü “isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalmış 22 cinayətin açılması təmin olunub. Həmçinin, axtarışda olduğuna görə ümumilikdə 30 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 5 nəfər, borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilb.
Rəsmi məlumata görə, respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 10 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.