Modern.az

“Dəmirbank” kreditorlarının etiraz dinləmələri olacaq  

“Dəmirbank” kreditorlarının etiraz dinləmələri olacaq   

Aktual

5 İyun 2018, 11:26

“Dəmirbank” ASC-nin kreditorlarının etiraz dinləmələri davam etdiriləcək.

Bu barədə Əmanətlərin Sığortalanması Fondundan Modern.az-a verilən məlumatda bildirilib.

Qeyd edilib ki, bankın kreditorlarının ləğvedici tərəfindən qəbul və etiraz edilmiş tələblərin siyahısının Bakı Apellasiya Məhkəməsi tərəfindən  təsdiq edilməsi barədə ərizəsi üzrə etiraz edilmiş tələblərə dair dinləmələr iyunun 13-də, saat 16:00-da davam etdiriləcək.

 

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Dəmirbank” ASC-nin tələblərinə etiraz edilmiş kreditorlarından tələblərini təsdiqləyən sübutları təqdim edərək məhkəmə iclasında iştirak etmələrini xahiş edir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?