Modern.az

Zaqatalada zələzələnin şoku insanlarda qorxu yaradıb - Xəstəxanaya müraciətlər ARTIB  

Zaqatalada zələzələnin şoku insanlarda qorxu yaradıb - Xəstəxanaya müraciətlər ARTIB   

Aktual

6 İyun 2018, 09:42

Mayın 5-də yerli vaxtla saat 22:40-da Zaqatala ərazisində qeydə alınan yeraltı təkanlardan sonra xəstəxanaya müraciət edənlərin sayında artım müşahidə edilib.


Bu barədə Modern.az-a Zaqatala Mərkəzi Xəstəxanasının tibbi bacısı Ruqiyyə Həsənova məlumat verib.


O bildirib ki,müraciət edənlər arasında arasında uşaq, böyük, yaşlılar da var:

“Əksəriyyəti qorxub təyiqi qalxanlar, qaçahaqaçda yıxılaraq zədə alanlardır. Hətta zəlzələnin təsirindən Soltan Qandaxov adlı şəxs infarkt keçirmişdi. Xəstəxanaya gələndə artıq keçinmişdi”.

 

Tibb bacısı qeyd edib ki, budəfəki zəlzələ 2012-ci zəlzələsindən də dəhşətli olub:

“Evdə mebellərdəki qabların hamısı yerə tökülüb çilik-çilik oldu, biz beşmərtəbədə qalırıq. Binada, elə bizim evimizdə böyük çatlar genişlənib. Hansı ki, 2012-ci ildə baş verən zəlzələdə əmələ gəlmişdi. Həmin vaxt da gəlib ölçüb-biçdilər, amma heç bir köməklik edən də olmadı. O vaxtdan insanların çoxu bina evi almaqdan qorxur. Heç nə istəmirəm, heç olmasa bu evi satıb həyət evi tikməyimizə yardım eləsinlər. Bu qorxu içində yaşamaq olmur. Bütün gecəni küçədə keçirmişik. Gecədən də yağış yağmışdı, çox çətin vəziyyət idi, təsəvvür etmək də çətindir. Gəlib maraqlanan da olmadı. İşıqlar söndü, qaranlıqda qaldıq. Sonradan yandı işıqlar. Xahiş edirik bir vətəndaş kimi bizə kömək edin”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı