Modern.az

"Dövlət Komitəsində Nəzarət və təftiş şöbəsi yaradılmayıb" -  RƏSMİ

Aktual

6 İyun 2018, 20:14

“Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Nəzarət və təftiş şöbəsi yaradılmayıb”. Modern.az xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, Komitənin fəaliyyəti ilə bağlı məlumatlar ictimaiyyətə açıqlanır:

“Bu gün bir neçə saytda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Nəzarət və təftiş şöbəsinin yaradılması və Namiq İbrahimovun həmin şöbənin müdiri təyin edilməsi ilə bağlı məlumat yayılıb. Dövlət Komitəsinin mətbuat xidməti olaraq bildiririk ki, Dövlət Komitəsində belə bir şöbə təsis edilməyib. Belə bir şöbə təsis edilərsə, bununla bağlı kütləvi informasiya vasitələrinə məlumat veriləcək”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...